Azərbaycanda koronavirusa yoluxanlar hansı ərazilərdədir? - SİYAHI
Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib.
Azpost.info Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusinfo.az saytına istinadən bildirir ki, pandemiyaya yoluxanlardan 149-u Bakıdandır. Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. Abşerondan olan koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir.
Bakının digər rayonları üzrə göstəricilər:
Xətai rayonu - 13, Səbail rayonu- 10, Qaradağ rayonu - 9, Sabunçu rayonu - 7, Suraxanı rayonu - 5, Pirallahı - 2, Xəzər rayonu - 3, Nizami rayonu - 2, Qeyri-müəyyən - 6
Azərbaycanın bölgələrinə gəldikdə isə, bu göstərici ən çox Lənkəranda (18) və Cəlilabaddadır (15). Koronavirusa yoluxanlardan 98 isə ölkə xaricindən gələnlərdir.
Digər bölgələr üzrə göstəricilər:
Salyan - 12, Qusar - 9, Tovuz - 5, Neftçala - 4, Astara - 3, Naftalan - 3, Daşkəsən - 3, Füzuli - 3, Xaçmaz - 3, Zaqatala - 3, Ucar - 3, Ağdam - 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar - 1.
Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...