Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 30,688 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. “Report” Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur. 11 aylıq xarici ticarət dövriyyəsinin 18,303 milyard dolları ixracın, 12,385 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,15%, idxal isə 20,3% artıb. Son nəticədə xarici ticarətdə 5,919 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 22,35% azdır.