Azərbaycan bu il qeyri-neft məhsullarını ən çox hansı ölkələrə göndərib? –SİYAHI

Yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı ötən ilin yanvar-iyul ayları ilə

müqayisədə faktiki qiymətlərlə 17,8 faiz, real ifadədə 14,2 faiz artaraq 2006,9 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,0 faiz), Türkiyəyə (27,7 faiz), Gürcüstana (9,9 faiz), İsveçrəyə (4,1 faiz), Qazaxıstana (3,3 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,0 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,7 faiz), Özbəkistana (1,3 faiz), Latviyaya (1,2 faiz), İtaliyaya (1,2 faiz), Rumıniyaya (1,2 faiz), Çinə (1,2 faiz), Almaniyaya (1,0 faiz), Qırğızıstana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Azpost.info

Əvvəlki məqalə

ABŞ gələn həftə Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq

Sonrakı məqalə

NASA eksperti Meksikada tapılan “yadplanetli mumiyalar”dan danışdı