Azərbaycan MDB ölkələrindən ən çox Rusiyaya məhsul göndərib

26 Oktyabr 2020 - 18:05

Yanvar-sentyabr aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən dirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarus olub. Rusiyaya ixrac olunan məhsulların dəyəri 499,7 milyon ABŞ dolları, Ukraynaya 280,4 milyon dollar, Belarusa isə 130,9 milyon dollar olub.