Azərbaycan nefti 40 dollara qədər ucuzlaşıb

09 Sentyabr 2020 - 10:27

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,02 ABŞ dolları, yaxud 4,77% azalıb.

“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,30 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.