Azərbaycan neftinin qiyməti 100 dolları ötüb

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,03 dollar artaraq 100,56 dollar olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

Əvvəlki məqalə

40 ton un karvanı 19 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Sonrakı məqalə

Dünən cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb