Azərbaycan Orta Dəhliz üzrə bütün lazımi infrastruktur layihələrini icra edib –İLHAM ƏLİYEV

Nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətləri geniş araşdırılmalıdır.

Bunu Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

“Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib, onları başa çatdırıb. Eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyub. Ona görə Cənubi Qafqazla Balkan bölgələri regionları arasında nəqliyyat bağlantısı da, hesab edirəm ki, bölgələrimizdə yaşayan bütün xalqlar üçün faydalı ola bilər”, – Prezident vurğulayıb.

Əvvəlki məqalə

“Şimali Qafqazda terror çağırışlarının arxasında anqlosakslar dayanır”

Sonrakı məqalə

Aİ Şurası Ukraynaya hərbi yardım üçün 1 milyard avro ayırdı