SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, ötən ilin yanvar-noyabr aylarında ölkədən 26 milyon 43,5 min ton xam neft ixrac edilib. Göndərilən neftin dəyəri isə 7 milyard 703,3 milyon ABŞ dolları olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.