Azərbaycan Premyer Liqasında XXVII turun növbəti oyunu keçirilib.
“Zirə” Tofiq Bəhramov adında Respublika Stadionunda “Kəpəz”i qəbul edib. Görüş nominal meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Zirə”nin heyətində qolları 60-cı dəqiqədə Salifu Suma və 77-ci dəqiqədə Qismət Alıyev vurub. “Kəpəz”də isə 90+4-cü dəqiqədə Junior Martins fərqlənib.
Bu nəticədən sonra xallarını 39-a çatdıran “Zirə” üçüncü pilləyə yüksəlib. “Kəpəz” isə 27 xalla doqquzuncu pillədə qərarlaşıb.
Günün digər oyununda “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək. Görüş 18:30-da start götürəcək.
Ötən gün turun açılış matçında “Neftçi” “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXVII turuna martın 17-də keçiriləcək “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq(azertac).