Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Noyabrın 27-də Bakıda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, üçtərəfli görüşdən əvvəl Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə və Gürcüstan-Türkiyə müdafiə nazirləri arasında ikitərəfli formatda görüşlərin keçirilməsi planlaşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.