Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərini nəzərdə qanun qəbul edilib – YENİLƏNİB

Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanun qəbul edilib.

APA-nın məlumatına görə, qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul olunub.

***

15.29

Milli Məclisin plenar iclasında Azərbaycan vətəndaşlarının üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən) Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.

Qeyd edək ki, Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq 90 gün müddətində vizadan azad səyahət etmək hüququna malikdirlər. Bir ölkənin ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətdə qalmaq istəyən digər ölkə vətəndaşı yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı 60 gün daha çox etibarlı olan pasportla müraciət etməlidir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradılıb

Sonrakı məqalə

Hulusi Akar Ağdam Mərkəzində xidmət edən generala tapşırıqlarını verib