2022-ci ildə Azərbaycan vətəndaşları Ermənistanda 2 daşınmaz əmlak alıb.
Azpost.info bildirir ki, bu barədə Ermənistanın Kadastr Komitəsindən “Sputnik Armenia”ya məlumat verilib.
Məlumata görə, Azərbaycan vətəndaşları İrəvandakı çoxmərtəbəli binada bir mənzil, və Lori vilayətində şəxsi ev alıblar.
Türkiyə vətəndaşları 2022-ci ildə Ermənistanda 11 daşınmaz əmlak alıb. Hər iki ölkənin vətəndaşları mülklərini satmayıb. Onların etnik mənsubiyyəti barədə məlumat verilməyib.
“Sputnik Armenia” bildirir ki, 2010-2021-ci illər ərzində Kadastrda Azərbaycan vətəndaşlarının 6 daşınmaz əmlakının alqı-satqı müqaviləsi qeydiyyata alınıb. Azərbaycan vətəndaşları 2012-ci ildə 2, 2018-2019-cu illərdə də mənzil alıblar. Bundan başqa bir ictimai əhəmiyyətli obyekt alınıb.