Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistanın məlumatını təkzib olundu

16 İyul 2020 - 11:14

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.

O bunun yanlış məlumat olduğunu deyib: “Bu, yanlış məlumatdır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur”.