Azərbaycanda 20 min alim var –RƏQƏMLƏR

2022-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 127 elmi təşkilat və müəssisə fəaliyyət göstərib.

Azpost.info bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 20,5 mindən artıq mütəxəssis məşğul olur, onların da 73,0 faizi tədqiqatçılardır.

Bu mütəxəssislərin 37,3 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.

Əvvəlki məqalə

“Qərb Zəngəzurla bağlı rəsmi bəyanatı ciddi qəbul edib” –

Sonrakı məqalə

Ukraynaya dəstək verən rusiyalı jurnalistin əmlakına həbs qoyuldu