Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

02 Aprel 2021 - 23:53

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32670 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11509, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21161 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 889033, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 569994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 319039 təşkil edir.