Azərbaycanda təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var

Azərbaycanda təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müraciət edənlərin sayı isə 10 minə çatıb.

“Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, müvafiq müəllim sayı uyğun olarsa, rus bölməsi üzrə sinif sayı artırıla bilər”, – o deyib(apa).

Əvvəlki məqalə

102 minə yaxın uşaq artıq birinci sinfə qəbul edilib

Sonrakı məqalə

Media rəhbərləri Nazirlər Kabinetində narkomaniyaya qarşı mübarizəni müzakirə edib