“Bakıda keçirdiyimiz bütün görüşlərin məqsədi 44 günlük müharibənin yekununda işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarına yenidən həyatın qayıtması və orada məskunlaşacaq əhalinin məşğulluğunun təmin edilməsində qardaş Azərbaycana dəstək olmaqdır. Dəstək proqramı istiqamətində daha çox sənaye zavodlarının və tekstil fabriklərin qurulmasına üstünlük verilməsi nəzərdə tutulur”.
Bu sözləri Azərbaycanda səfərdə olan “TÜMKİAD” İş adamları və Sahibkarlar Dərnəyinin İdarə Heyətinin sədri İlhami Öztürk jurnalistlərə müsahibəsində deyib.
Tekstil sahəsinə ilk mərhələdə 50 milyon dollar sərmayə yatırmağı planlaşdırdıqlarını diqqətə çatdıran İ.Öztürk əlavə edib: “Əslində investisiya məbləği o qədər də önəmli deyil, belə bir sistemin Azərbaycana gəlməsi daha önəmlidir. Buranı tekstil mərkəzi edəcəyik”.
İ.Öztürk bildirib ki, rəhbərlik etdiyi təşkilat Qarabağda bərpa işlərinə dəstək göstərməyə hazırdır.
Azpost.info