Azərbaycanın “Avroviziya”nın münsiflər heyətindən çıxarılmasına aydınlıq gətirilib.
“Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan və digər 5 ölkənin münsiflər heyətinin çıxarılması məsələsinin rəsmi olmadığını deyib.
“İstinad olunan saytlar Avropa Yayım Birliyi və ona yaxın saytlardır. Bu barədə AYB ümumi açıqlama verməyib, yəni kənarlaşdırılan ölkələrin adını çəkməyib”, – İsa Məlikov qeyd edib.