Türkiyədəki zəlzələ bölgəsindən Azərbaycan vətəndaşlarının təxliyəsi ilə bağlı qaynar xətt yaradılıb.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
“Zəlzələdən zərər çəkmiş bölgələrdə məskunlaşmış Azərbaycan Respublikası vətəndaşları təxliyə üçün +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər. Təxliyə yalnız zəlzələ bölgəsinə aiddir!”, – deyə məlumatda qeyd olunub.