Azərbaycan Rusiya sülhməramlılarına xəbərdarlıq edib

“Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Laçında bugünkü silahlı təxribatla bağlı yaydığı Bəyanatda deyilir.

“Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir. Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunub” – açıqlamada qeyd olunur.

Əvvəlki məqalə

Ermənilər Azərbaycan hərbçilərinə atəş açıb –

Sonrakı məqalə

Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib