Azərbaycan XİN İranda törədilən terror aktını pisləyib, başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İranda törədilən terror aktını pisləyib.

“İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan terror aktını şiddətli şəkildə qınayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkib və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumun qurbanlarının ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk”, – qeyd olunub.

Xatırladaq ki, avqustun 13-də İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahına silahlı hücum olub. Ziyarətgaha daxil olmaq istəyən şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Nəticədə 4 təhlükəsizlik əməkdaşı öldürülüb, azı səkkiz nəfər xəsarət olub.

Əvvəlki məqalə

Nəzir qutuları ilə bağlı qaydalar hazırlanıb

Sonrakı məqalə

Dövlət qulluğuna qəbulun test imtahanlarının nəticələri elan olunub