Azərbaycana gətirilən “Pfizer” vaksininin sayı açıqlanıb

Azərbaycana gətirilən “Pfizer” (“Pfizer-BioNTech”) vaksininin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycana 218 min doza “Pfizer” peyvəndi gətirilib.

Məlumata əsasən, bugündən başlayaraq vətəndaşlar onlayn şəkildə qeydiyyatdan keçərək Bakı Sağlamlıq Mərkəzi və Mərkəzi Klinik Xəstəxanasında “Pfizer” vaksini vurdura bilərlər.

Qeyd edək ki, Azərbaycanda koronavirus əleyhinə “Coronovac”, “Vaxzevria”, “Spunik V” və “Pfizer” vaksinləri tətbiq olunur.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir