Azərbaycanda əsas kapitala yönəldilmiş vəsait artıb

Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala 14 milyard 258 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4 faiz, qeyri -neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,4 faiz artıb.

İstifadə olunmuş vəsaitin 8 milyard 414,6 milyon manatı və ya 59 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 108, milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 735,4 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 31,1 milyon manatını və ya 77,4 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 10 milyard 444,4 milyon manatı və ya 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,5 faiz, büdcə vəsaitləri 40,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, bank kreditləri 2,5 faiz, digər vəsaitlər isə 4,9 faiz təşkil edib.

 

Əvvəlki məqalə

Tbilisi aeroportunda sərnişinlər üçün yeni sistem quraşdırılıb

Sonrakı məqalə

“İsrail və HƏMAS razılığa gəlmək üzrədir”