Azərbaycanda genişzolaqlı internet abunəçilərinin sayı açıqlandı

2023-cü il ərzində Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı təxminən 28 faiz artaraq 1,85 milyona çatıb.

Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.

Azərbaycanda özəl internet xidməti bazarının yaranması 2000-ci illərin əvvəlinə təsadüf edir. Belə ki, 2000-ci ildən etibarən ölkənin informasiya texnologiyaları bazarının ilk şirkətləri internet xidməti təklif etməyə başlayır. İnternetə artan tələbat nəticəsində davamlı olaraq yeni internet provayderləri bazara daxil olur və genişzolaqlı internet xidmətləri – əvvəlcə “DialUp”, daha sonra isə öz dövrünün ən yeni texnologiyası olan asimmetrik rəqəmsal abunəçi xətti (ADSL) vasitəsilə internet xidməti təklif edirlər.

Hazırda ölkədə internet xidmətinin göstərilməsi lisenziya tələb etməyən xidmət sahəsidir. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmalı, qanunvericiliyin tələblərinə uyğun olaraq öhdəlik və tələbləri icra etməli, hesabatlı olmalıdırlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.