Azərbaycanda qayçı udan xəstəni əməliyyat etdilər- FOTO

Qayçı udan vətəndaş təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən saat 22:10 radələrində Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Nərimanov Tibb Mərkəzində xəstəni ilk olaraq cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə edib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında yad cisim, yəni, qayçı aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb.

Cərrah Emin Quliyevin icra etdiyi əməliyyatda larinqaskopun köməyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub. Daha sonra divar aralığında mediastinit təhlükəsi və emfizema aşkarlandığı üçün divar aralığına drenaj qoyularaq əməliyyat yekunlaşıb.

Xəstə bir gün Reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Daha sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir. Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Əvvəlki məqalə

Xarici səyyahlar Azıx mağarasında olub

Sonrakı məqalə

“Həmin epizodda təmiz penalti var idi…” –