“Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunur” –DTX rəisi Əli Nağıyev

Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.

Bunu DTX rəisi general-polkovnik Əli Nağıyev DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır”, – DTX rəisi qeyd edib.

DTX-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, əməkdaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından və sosial müdafiəsinin gücləndirilməsindən də bəhs edən Xidmət rəisi bütün bunların dövlət başçısının dəstəyi nəticəsində mümkün olduğunu söyləyib.

Əvvəlki məqalə

İrandan idxal olunan 6 ton rəngli bibərdə zərərli orqanizm aşkarlanıb

Sonrakı məqalə

Qonşu dövlətlərin xüsusi xidmətlərinin təxribatlarının qarşısı qətiyyətlə alınır –