Azərbaycanda son sutkada 73 nəfər yoluxub –Koronavirusdan ölüm qeydə alınmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 73 yeni yoluxma faktı qeydə alınıb, 287 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19-dan ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335065 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328194 nəfər müalicə olunaraq sağalıb, 4951 nəfər vəfat edib, aktiv xəstə sayı 1920 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8515, ötən müddət ərzində isə ümumilikdə 3606364 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gün ərzində ikinci dəfə Kəlbəcər istiqamətində atəşkəsi pozub

Sonrakı məqalə

“Jurnalistlər binası”nın komendantı Binyamin İsmayılov saxlanılıb –