“Azəri-Çıraq” yatağından indiyə qədər 3,9 milyard barel neft çıxarılıb –Son 3 ayda gündə 6 milyon ton hasil edilib (BP)

Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda işə düşdükdən etibarən bu günədək neft hasilatının həcmi 3,9 milyard bareli ötüb.

Bu barədə “BP Azerbaijan” şirkətinin hesabatında bildirilir.

Qeyd edək ki, 2021-ci ilin birnci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasilatın həcmi gündə orta hesabla 484 min barel təşkil edib.

İlin birinci rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (30 000), Mərkəzi Azəri (112 000), Qərbi Azəri (130 000), Şərqi Azəri (79 000), Dərinsulu Günəşli (89 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 484 000 barel və ya ümumilikdə təxminən 44 milyon barel, yəni 6 milyon ton olub”.

Birinci rübün sonunda AÇG-də ümumilikdə 133 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İmişlidə nişan məclisi yarımçıq dayandırılıb

Sonrakı məqalə

Xüsusi Təyinatlı Qüvvələrin yaranma günüdür