“Azərkosmos”a yeni sədr təyin edilib –Alpinizm həvəskarı olan rəhbər (FOTO)

Saməddin Əsədov Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri təyin edilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, bu vəzifəyə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təyin olunub. S. Əsədov bu vəzifəni müvəqqəti icra edən Rövşən Rüstəmovu (hazırda Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiya nazirinin müavini – red.) əvəz edib.

Xatırladaq ki, S. Əsədov bundan öncə “Azəekosmos”un Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Yeni rəhbər alpinizmlə məşğul olur. 2019-cu ildə “Azərkosmos” ASC-nin Maliyyə departamentinin direktoru Saməddin Əsədov Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzünü (4466 m) və Avropanın ən yüksək zirvəsi olan Elbrusa (5642 m) qalxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə – Uels oyununa 25 min bilet satılıb

Sonrakı məqalə

Erməni yaraqlılarının məhkəməsində zərərçəkənlər ifadə verir