Bərdə rayonu ərazisində zəlzələ olub. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. İlkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 08:00-da Bərdə stansiyasından 8 km cənub-qərbdə Bərdə ərazisində qeydə alınıb. 3.2 maqnitudalı zəlzələ hiss olunmayıb.