Bəhram Bağırzadənin səhhəti necədir?- Açıqlama

“Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi  dəyişiklik yoxdur”.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib: “Onun səhhətində müsbət dinamika davam edir”.

Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO – ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb.

Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda kriminal avtoritet qətlə yetirilib

Sonrakı məqalə

Dünyada COVID-19-a yoluxanların sayı 11 milyonu keçib