Bəstəkar Cavanşir Quliyevin vəziyyəti yaxşılaşır

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti yaxşılaşır.

Bu barədə APA-ya bəstəkarın ailə dostlarından biri məlumat verib.

Onun sözlərinə görə, Cavanşir Quliyev səhhəti ilə bağlı tezliklə özü məlumat verəcək.

Qeyd edək ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib. 74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı bildirilir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.

Əvvəlki məqalə

İmişli rayonunda erkən nikah əleyhinə aksiya keçirilib

Sonrakı məqalə

“Putinin danışıqlara hazır olması ilə bağlı mövqeyini alqışlayıram”