Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənilib

10 Avqust 2020 - 19:53

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib.

Bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablara köçürülüb.

Ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi  ilə əlaqədar olaraq, pensiyaçılar istənilən bankın bankomatlarından öz pensiyalarını əldə edə bilərlər. Bu zaman hər hansı bir faiz tutulmayacaq.

Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə ayın 15-də ödənilməsi nəzərdə tutulub.