Bakıda 17 yaşlı oğlanı bıçaqla öldürən 2 nəfər tutulub

İyunun 26-da gecə saat 02 radələrində bir nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi rayon prokurorluğundan verilən xbərə görə, araşdırmalarla paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində 2008-ci il təvəllüdlü Mehman Nəsibov və Əli Vəliyevin (ad və soyad şərti olaraq verilib) aralarında yaranmış mübahisə zamanı birləşib 2007-ci il təvəllüdlü Azər Məmmədova (ad və soyad şərti olaraq verilib) bıçaqla xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mehman Nəsibov və Əli Vəliyev (ad və soyad şərti olaraq verilib) polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Əvvəlki məqalə

Avstraliya Baş naziri Culian Assancla bağlı çağırış edib

Sonrakı məqalə

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb