Bakıda avtobus yanıb- BNA məlumat yaydı

İyulun 21-də saat 12:00 radələrində Salyan şosesinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində “BMH” MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildiriblər ki, yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb.

Əvvəlki məqalə

Türkiyə vətəndaşlarına Azərbaycandan quru sərhədi ilə çıxmağa icazə verilib

Sonrakı məqalə

DYP sürücülər müraciət etdi