Bakıda dənizdə bir nəfərin meyiti tapılıb

Bakıda dənizdə bir nəfərin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əvvəlki məqalə

Aİ Rusiya qarşı 15-ci sanksiyalar paketi üzərində işə başlayacaq

Sonrakı məqalə

Bakıda qətlə yetirilən polis əməkdaşlarının kimliyi açıqlanıb