Bakıda metro vaqonuna ziyan vuran Fransa vətəndaşı həbs edilib-FOTO

Metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla Avstraliya İttifaqının vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent və Fransa vətəndaşı Clerc Theqo Huqo martın 30-u gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib. Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa vətəndaşı Clerc Theqo Huqo məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

Vahid Ələkbərov ən varlı rusiyalıların siyahısında birincidir –

Sonrakı məqalə

Si Cinpinlə Bayden arasında telefon danışığı olub