Bakıda “Mosfilm həftəsi” keçiriləcək

“Mosfilm” kinokonserninin 100 illik yubileyi çərçivəsində ilboyu təkcə Rusiyada deyil, onun hüdudlarından kənarda da bir sıra tədbirlər keçirilir. Azərbaycanın paytaxtında Bakıdakı Rus evinin təşkilatçılığı ilə “Mosfilm həftəsi” keçiriləcək.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən bildirilib ki, mayın 17-də “Zağulba FM” radiosunun platformasında təntənəli açılış olacaq.

“Mosfilm həftəsi”ni Rüstəm İbrahimbəyov və Valentin Yejovun ssenarisi əsasında rejissor Vladimir Motılın çəkdiyi əfsanəvi “Səhranın bəyaz günəşi” filmi açacaq. Mayın 18-də rejissor Vladimir Menşovun “Moskva göz yaşlarına inanmır” filminin nümayişi olacaq. Mayın 19-da isə rejissor Leonid Qaydayın çəkdiyi “Brilyant əl” filmi nümayiş olunacaq.

Tamaşaçılar filmlərin nümayişi ilə yanaşı, sovet kinosunun sevimli mahnılarından hazırlanmış konsert proqramından da zövq alacaqlar.

“Mosfilm” Rusiya kino sənayesinin aparıcı müəssisəsidir. Onun istehsal etdiyi filmlər bir neçə nəslin böyüməsində mühüm rol oynayıb, bu kinolentlərində səslənən frazalar isə indi də gənclərin dilindən düşmür.

Əvvəlki məqalə

“Robert Fitsoya qarşı sui-qəsd əvvəlcədən planlaşdırılıb”

Sonrakı məqalə

QHT “Xankəndində quruculuq və bərpa” layihənin icrasına start verib