Paytaxt ərazisində polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Təbriz Quliyev və Hüseyn İsmayılov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı T.Quliyevdən 2 kiloqram heroin, 300 psixotrop tərkibli metadon həbi, H.İsmayılovdan isə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Dindirmə zamanı H.İsmayılov “Baba” adı ilə tanıdığı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.
Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində araşdırmalar davam etdirilir.