Bakıda orduya dəstəklə bağlı izdihamlı aksiya keçirilir –Minlərlə vətəndaş Azadlıq meydanına doğru gedir (CANLI YAYIM)

İzdiham Şəhidlər Xiyabanını tərk edərək Azadlıq meydanına doğru gedir.

**

Şəhidlər Xiyabanı qarşısında minlərlə insan toplaşıb. Hazırda mitinqdə ayrı-ayrı şəxslər qısa çıxışlar edərək xalqı orduya dəstək verməyə çağırırlar.

**

Vətəndaşlardan ibarət böyük bir izdiham Bakıda orduya dəstək aksiyası keçirir.

Azpost.info bildirir ki, şəhərin mərkəzi küçəsi “Neftçilər”dən hərəkətə başlayan izdiham Şəhidlər Xiyabanına doğru gedir. “Ali baş komandan, bizə silah ver”, “Qarabağ”, “Mübariz” şüarları ilə irəliləyən izdiham hazırda “İçərişəhər” metrostansiyasına doğru irəliləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Düşmənin daha bir hərbi obyekti darmadağın edilib –

Sonrakı məqalə

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi