Bakıda “Porsche”nin dövlət nömrə nişanını oğurlayan şəxslər saxlanılıblar- FOTO

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Porsche” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının Nərimanov rayonu ərazisində oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisədə şübhəli bilinən Şahin Bayramov, Xəyal Əsədov və dəstə üzvü olan bir qadın saxlanılıblar. Oğurlanan dövlət qeydiyyat nişanı həmin şəxslərdən aşkar olunub və sahibinə qaytarılıb.

Araşdırma zamanı saxlanılanların narkotik vasitə aludəçisi olduqları da müəyyən olunub. Ş.Bayramov, X.Əsədov və dəstə üzvü olan bir qadının Bakı şəhərində analoji cinayətlərdə iştiraklarının olub-olmamaları araşdırılır.

Əvvəlki məqalə

Azərbaycan Prezidenti ilə Gürcüstan Baş nazirinin təkbətək görüşü başlayıb

Sonrakı məqalə

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış edirlər