“Bakıdakı atışma ilə bağlı araşdırma aparılır”- Baş Prokurorluq

Baş Prokurorluq Xətai rayonunda yerləşən supermarketdə baş verən atışma ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan verilən xəbərə görə, Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.

Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Qeyd olunub ki, rəsmi qurumun açıqlaması gözlənilsin.

Əvvəlki məqalə

“Çox ümid edirik ki, Çin Rusiyaya silah verməyəcək”

Sonrakı məqalə

“Bravo”ya hucum edən quldurlar mühafizəçini öldürüb