Banklardan əlavə olaraq 350 milyon manat izafi vəsait sterilizə edilib

Banklar avqust ayından başlayaraq məcburi ehtiyatları yeni normalarla saxlamağa başlayıblar. Bununla da manatla təqribən əlavə olaraq 350 milyon manat həcmində izafi vəsait sterilizasiya edilib.

Azərbaycan Mərkəzi Bankı bildirir ki, bank sistemində likvidliyi tənzimləmək üçün müxtəlif müddətli notlarla müntəzəm hərraclar davam etdirilir. Mərkəzi Bank 8 ayda 93 müxtəlif müddətli not hərracı keçirib. Hesabat dövründə banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri (xüsusən də 1D AZIR və 1W AINAIB indeksləri) faiz dəhlizinin dəyişiminə reaksiya veriblər.

Təhlillər göstərir ki, müəyyən bank qrupları üzrə banklararası faizlərlə hüquqi şəxslərin manatla depozitləri üzrə faizlər eyni istiqamətdə dəyişir. Ümumilikdə, monetar şəraitin sərtləşdirilməsi bank sektorunda milli valyutada depozitlərin artımını dəstəkləməklə yanaşı de-dollarlaşma prosesinə töhfə verməkdədir.

Əvvəlki məqalə

Azərbaycanın xarici ticarət dövriyyəsi 26,3 milyard dollar olub

Sonrakı məqalə

Prezident İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini qəbul edib