“Barselona” Messiyə müqavilə təklif edir

“Barselona” Lionel Messiyə kluba keçidlə bağlı təklif hazırlayır.

Azpost.info bildirir ki, bu barədə “Fox Sports”un əməkdaşı Veronika Brunati açıqlama verib. Onun sözlərinə görə, hazırda PSJ-nin hücumçusu olan Messiyə 2025-ci ilə qədər 1+1 sxemi üzrə müqavilə təklif olunacaq. Son məlumatlara görə, Messi Robert Levandovskinin aldığı maaş qədər maaş alacaq.

Levandovski ayda  2,17 milyon avro alır.

Bundan başqa Messiyə klubun sponsorluq gəlirinin bir faizi təklif olunacaq. “Barselona” həmçinin argentinalı üçün  tam dolu “Kamp Nou” stadionunda vida matçı təşkil etməyi də planlaşdırır.

Lionel Messinin PSJ ilə müqaviləsi iyunda başa çatır. Klub hücumçudan imtina etməyə hazır olduğu bəyan edib.

Azpost.info

 

 

Əvvəlki məqalə

Evlənmək üçün tibbi arayış tələb olunacaq –

Sonrakı məqalə

Valyuta məzənnələri