Qarabağda biznes qurmaq üçün 1550-dən artıq müraciət daxil olub

KOBİA Qarabağ bölgəsində biznes qurmaq, investisiya yatırmaq istəyən sahibkar və investorlardan müraciətləri qəbul etməkdədir.

Bu barədə KOBİA İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev deyib.

O bildirib ki, bu günə qədər 1550-dən artıq müraciət müvafiq formaya uyğun qeydə alınıb: “Onlardan 500-ü xarici müraciətdir. Müraciətlərin intensivliyi, həcmi yerli və xarici investorların Qarabağda biznes fəaliyyətinə marağının kifayət qədər yüksək olduğunu göstərir”.

Əvvəlki məqalə

Azərbaycan nümayəndə heyəti Parisdə OECD-in iclasında iştirak edib

Sonrakı məqalə

AVRO-2024: