Nazirlər Kabinetində Azərbaycan RespublikasıDövlət Neft Fondunun  Müşahidə Şurasının növbəti iclası keçirilib. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən  verilən məlumata görə, iclasda ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi haqqında sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Baş Nazir   Əli Əsədov Müşahidə Şurasına sədr seçilib. Eyni zamanda ARDNF-nin 2020-ci il üçün büdcə layihəsi və digər məsələlər müzakirə olunub.