Baş Prokurorluq itkin düşmüş Bakı sakininin qətli ilə bağlı məlumat yayıb

Bakı şəhər sakini Nazim Musayevin 16 iyun 2020-ci il tarixdən itkin düşməsi ilə bağlı Nizami RPİ-nə daxil olmuş müraciət əsasında aparılan təxirə salınmaz əməliyyat-axtarış tədbirləri zamanı Ziyəddin Seyidovun izahatı alınarkən, sonuncu N.Musayevi öldürdüyünü etiraf edib.

Baş Prokurorluğun mətbuat xidmətindn APA-ya bildirilib ki, prokurorluq və polis əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri zamanı Nazim Musayevin meyiti Ziyəddin Seyidovun qeyd etdiyi ünvanda aşkar edilmiş, məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə ilkin baxış zamanı bədəni üzərində zorakılıq əlamətləri aşkar olunub.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla Ziyəddin Seyidovun Nazim Musayevi öldürüb işlədiyi Beyləqan rayonu Yuxarı Aran kəndi ərazisində yerləşən fermanın həyətində basdırmasına əsaslı şübhələr müəyyən edildiyindən, Z.Seyidov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada ilk dəfə süni intellektli robot filmdə baş rolu canlandıracaq

Sonrakı məqalə

İranda koronavirus: