Bəzi sosial media səhifələrində şərti olaraq “Tərtər işi” adlandırılan cinayət işinə dair həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
Qeyd edilən cinayət işləri üzrə 9 nəfər təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş digər şəxslər və cinayət xarakterli xüsusatlar üzrə cinayət təqibi davam etdirilir.
Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən dövlət qurumları ilə dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur”, məlumatda deyilir.