“Bayden ağlını itirmiş yararsız qocadır”- MEDVEDEV

“ABŞ prezidenti Co Bayden bəşəriyyət üçün təhlükə yaradır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Baydenin rusiyalı həmkarı Vladimir Putini təhqir etməsini şərh edərkən deyib.

O, Baydeni “yararsız qoca” adlandırıb.

Medvedev deyib ki, ABŞ prezidentinin dediklərindən fərqli olaraq, ekzistensial təhlükə iqlim deyil, Baydenin özü kimi ağlını itirmiş və Rusiyaya qarşı müharibəyə başlamağa hazır olan yararsız qocalardır.

Qeyd edək ki, Bayden son çıxışlarının birində Putini “it oğlu” adlandırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.