ABŞ prezidenti Co Bayden San-Fransiskoda Yuliya və Darya Navalnı ilə görüşüb və cümə günü Rusiyaya qarşı yeni sanksiyalar elan edib.
“Bayden San-Fransiskoda Yuliya Navalnaya və Darya Navalnaya ilə görüşüb”, – Ağ Evin bəyanatında deyilir.
Bayden həmçinin ABŞ administrasiyası Alekseyin (Navalnının) ölümünə cavab olaraq sabah Rusiyaya qarşı əhəmiyyətli yeni sanksiyalar elan edəcəyini təsdiqləyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl demişdi ki, Moskva Qərb siyasətçilərinin Navalnının ölümü ilə bağlı bəyanatlarını qəbuledilməz hesab edirlər. Hələlik yekun məlumat və həkimlərin və məhkəmə-tibb ekspertlərinin açıqlamaları yoxdur.
Azpost.info